Türkiyəli aktrisa Aslı Bəkiroğlu qadınlara dəstək olmaq məqsədi ilə podiuma çıxıb. Miraj.az xəbər verir ki, səhnədə çəhrayı geyimini nümayiş etdirən aktrisa hündürdaban ayaqqabıdan istifadə etdiyi üçün büdrəyib.
Buna görə o, digər ayaqqabısını da çıxardaraq ayaqyalın şəkildə təqdimatı başa vurub.
Xatırladaq ki, Aslı Bəkiroğlu sonuncu dəfə qalmaqala səbəb olan “Maske kimsin sen?” layihəsi ilə ekranda yer alıb.