Afaq Bəşirqızı ilə Ağadadaş Ağayev ağır xəstəliklərindən danışdılar

Xalq artistləri Afaq Bəşirqızı ilə Ağadadaş Ağayev son illərdə əziyyət çəkdikləri ağır xəstəliklə bağlı danışıblar. Miraj.az xəbər verir ki, onlar bu barədə “Günün sədası” proqramında açıqlama veriblər:

Proqramın aparıcısı Nanə Ağamalıyeva Afaq Bəşirqızının ağır xəstəlikdən əziyyət çəkdiyini deyib. A.Ağayev A.Bəşirqızının da xərçəngdən əziyyət çəkdiyini, ağır əməliyyatlar keçirdiyini söyləyib:

“Bizim diaqnozumuz eynidir. Bilmirdim ki, ağır əməliyyatlar keçirib”.

Aktrisa özü isə mərhum Xalq artisti Amaliya Pənahovanın oxşar xəstəlikdən əziyyət çəkməsindən danışıb: “Amaliya Pənahova həyatının son günlərində görünüşünü tamam itirmişdi. Yazdılar plastik əməliyyat etdirib. Amma Amaliya xanım həmin xəstəlikdən tamamilə ətini tökmüşdü.

Ən böyük arzum idi ki, Ağadadaş salamat ayağa qalxsın. Biz eyni vaxtda xəstələndik, eyni diaqnoz qoyuldu. Ən böyük arzum idi ki, o, salamat gəlsin və efirə bir çıxaq.

Ağadadaş Ağayevə xəstəliyində heç kəs kömək etmədi. Dövlət rəhbərindən başqa heç yerdən yardım olmadı. Lazımi köməyi dövlət başçısı edib.

Prezident təqaüdü almır, amma almalıdır. Hər kəsin haqqı verilməlidir. Ağadadaşın 20, 25, 35 yaşı olsaydı, deyərdim tezdir. 60 yaşından verirlər. İndi verilməlidir. Bu işlərə elə adam baxır ki, bilirəm, haqqı haqqa qurban verməyən qadındır. İnanıram veriləcək. Pulunu saymıram. Onun Prezident təqaüdçüsü adını sayıram”.

Qeyd edək ki, xərçəngdən əziyyət çəkən Ağadadaş Ağayev 6 dəfə İstanbulda əməliyyat olunub. Amaliya Pənahova isə 2018-ci ildə məhz uzun sürən xərçəng xəstəliyindən sonra vəfat edib.