Acun Ilıcalının aparıcısı olduğuğu “Survivor All Star 2022” yarışmasının qalibi Nisa Bölükbaşı olmuşdu. Nisanın qalib seçilməsi narazılıq yaradıb.
Miraj.az xəbər verir ki, tənqid olunanlar arasında ilk sırada yer alan layihənin rəhbəri, aparıcısı Acun Ilıcalı mövzu ilə bağlı ilk dəfə açıqlama verib.
“O, qazanmış, bu qazanmış, bunlar bizi maraqlandıran məsələ deyil. Biz səsverməni notariusa həvalə etmişik, tamaşaçılar səs verir, qazanır. Məncə, əla sistemdir. “Survivor” atletika yarışı deyil. Bunu hər il demişəm, işin 50%-i ada həyatı, 50%-i performansdır.
Adem, Nagehan, Batuhan, onlar zatən çox səs toplayıb. Onların heç biri uğursuz deyil ki… Nisa niyə qalib gəldi? Tamaşaçı çox bəyənib… Canlı yayım edirəm. Nisanın adı yağış kimi yağır. O gün oxuya bilmədim. Onsuz da kimin qalib gələcəyini bilmirsən? Bu qız bir növ insanların qəlbini fəth etmişdi. Kimsəsiz adada bir qız, daxili də, xarici də bir” – deyə, Acun deyib.
Türkiyədə radio və televiziya yayımını dəstəkləyən RTÜK-nin vitse-prezidenti İbrahim Uslu məsələyə tviter hesabında münasibət bildirib:
“Reaksiyalara, şərhlərə və şikayətlərə nəzər salsaq, “Survivor All Star 2022” müsabiqəsinin nəticələri və finaldakı səsvermə izləyiciləri qane etməyib. Bir çox cəhətdən yarışın təşkilinə böyük reaksiya var”.