Əməkdar artist Abbas Bağırov dünyasını dəyişmiş nənəsi barədə danışarkən göz yaşlayarını saxlaya bilməyib. Miraj.az xəbər verir ki, “Günün sədası” proqramında qonaq olan müğənni nənəsi ilə bağlı sujeti izləyərkən kövrəlib.
Göz yaşlarını saxlaya bilməyən Abbas Bağırov hisslərini bu sözlərlə ifadə edib:
“Onun yeri görünür: mənə müsbət enerji verməyi, zarafatları. Nənəmi çox sevirəm. O, mənim üçün həmişə yaşayr. Anamı da nənə kimi görürəm, necə xoşbəxtdir. Rəhmətlik nənəm də nəvələrini görəndə xoşbəxt olurdu. Ən çox sevdiyi nəvəsi isə mən idim. Mən onun həyat yoldaşının – babamın adını daşıyıram”.