Türkiyənin reytinq rekordları qıran “Kuruluş: Osman” serialı AzTV-də yayımlanacaq.
Miraj.az olay.az-a istinadən xəbər verir ki, Bozdağ Film şirkətinin istehsal etdiyi serialın yayım hüququ ilə bağlı müqavilə artıq imzalanıb. 3-cü sezonu ilə Türkiyənin ATV telekanalında hələ də yayımlanan və çəkilişləri davam edən serial Azərbaycan dilinə dublyaj ediləcək.Serialın AzTV-də sentyabr ayından etibarən yayımlanması planlaşdırılır.
“Kuruluş: Osman” AzTV-də yayımlanan, yaxın zamanda yekunlaşacaq olan “Diriliş: Ertuğrul” serialının davamıdır.




